Qırğızıstan parlamentinin spikeri İSTEFA VERDİbackend

Qırğızıstan parlamentinin spikeri İSTEFA VERDİ

Qırğızıstan parlamentinin sədri Talant Mamıtov istefa verib.

KONKRET.azİnterfax“a istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

“Mən spikerlikdən istefa vermək qərarına gəldim, bu mənim şəxsi qərarımdır. Düşünürəm ki, həmkarlarım məni düzgün başa düşəcəklər. Bu gündən etibarən spiker postu boşdur”, – Mamıtov parlamentin iclasında deyib.

O bildirib ki, istefa qərarını hətta sentyabrın 14-17-də Tacikistanla sərhəddə baş verən toqquşmalar zamanı verib.

Qeyd edək ki, Mamıtov 4 noyabr 2020-ci ildə Qırğızıstan parlamentinin sədri seçilib. O, 2010-2020-ci illərdə “Ata-Jurt” və “Respublika-Ata-Jurt” siyasi partiyalarından millət vəkili seçilib.

Qırğızıstan mətbuatının yazdığına görə, parlamentin spikeri postuna ən çox ehtimal olunan namizəd “Ata-Jurt Qırğızıstan” fraksiyasından Nurlan Şakiyevdir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*