Qırğızıstan-Tacikistan savaşı necə başladı?backend

Qırğızıstan-Tacikistan savaşı necə başladı?

Qırğızıstanla Tacikistan arasında qarşıdurma ikincinin bölgədə kamera quraşdırmasından sonra baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirilib ki, Tacikistan və Qırğızıstanın yerli sakinləri arasında qarşıdurma olub və bu da tədricən hərbçilər arasında silahlı toqquşmaya gətirib çıxarıb. Belə ki, sərhəd bölgəsində qırğızlar kameranın sökülməsini tələb ediblər, taciklər isə bundan imtina edib. Daha sonra bir neçə nəfər ov tüfəngindən atəş açmağa başlayıb. Bundan sonra işə hərbçilərin də qarışması ilə insident daha da böyüyüb.

Qeyd edək ki, Qırğızıstan və Tacikistan sərhəd bölgəsində qarşıdurmanı dayandırmaq və qoşunları geri çəkmək barədə razılığa gəliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*