Qırğızıstan və Tacikistanın baş nazirlərinin görüşü planlaşdırılırbackend

Qırğızıstan və Tacikistanın baş nazirlərinin görüşü planlaşdırılır

Avrasiya Hökumətlərarası Şurası çərçivəsində Qırğızıstan və Tacikistanın baş nazirləri sərhəd münaqişəsini müzakirə etmək niyyətindədirlər.

KONKRET.az xəbər verir ki, bu barədə “İnterfaks” Qırğızıstan hökumətinin mətbuat xidmətinə istinadən xəbər yayıb.

Məlumata əsasən, baş nazirlər arasında danışıqlar Avrasiya Hökumətlərarası Şurasının iclası başa çatdıqdan sonra baş tutacaq.

Qeyd edək ki, Qırğızıstan və Tacikistan sərhədində vəziyyət gərgin olaraq qalır. Hər iki tərəf gərginliyin artmasında bir-birini günahlandırır./Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*