Qırğızıstanda zəlzələ nəticəsində 13 bina dağılıb.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi öz Facebook səhifəsində məlumat yayıb.
“Qırğızıstanda baş verən zəlzələ nəticəsində altı yaşayış binası, dörd məktəb, bir uşaq bağçası və iki təcili yardım məntəqəsi yararsız vəziyyətə düşüb”, – məlumatda deyilir.
Nəşr qeyd edir ki, dağıntılar Cəlal-Abad və Talas rayonlarında qeydə alınıb.
Ötən gecə saat 1 radələrində Qırğızıstanda 5,4 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Cəlal-Abad rayonunun Çatkal rayonunun Kanış-Kiya kəndindən 45 km şimal-qərbdə yerləşib. Yeraltı təkanlar 10 km dərinlikdə baş verib.