Qırğızıstanda şagirdlərin davranışına görə valideynlər CƏRİMƏLƏNƏCƏK – Bəs Azərbaycanda?backend

Qırğızıstanda şagirdlərin davranışına görə valideynlər CƏRİMƏLƏNƏCƏK - Bəs Azərbaycanda?

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qırğızıstanda şagirdlərin müəllimlərə qarşı hörmətsiz münasibətinə görə valideynlər cərimələnəcək.

KONKRET.az-ın  Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Qırğızıstan parlamentinin müxtəlif partiyalardan olan bir qrup deputat valideynlərin məsuliyyətə cəlb edilməsinə imkan verən Cinayət Məcəlləsinə dəyişiklik edilməsi təşəbbüsünü bəyənib.

Sənədə əsasən, 12-16 yaşlı uşaqlar müəllimə hörmətsizlik etdikdə onların valideynləri 2000 som, bir il ərzində qayda pozuntusu təkrarlanarsa, 5000 som ödəyəcək və ya müddətli – 3 gündən 5 günə qədər həbs cəzası veriləcək.

Digər tərəfdən Təhsil və elm nazirinin müavini Rəsul Abazbek nazirliyin bu təşəbbüsü dəstəklədiyini bildirib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*