Qırğızıstanda seçkiqabağı sükut günüdürbackend

Qırğızıstanda seçkiqabağı sükut günüdür

Qırğızıstanda Ali Şuraya (Joqorku Keneş) seçkilər ərəfəsində sükut günü elan edilib.

KONKRET.az xəbər verir ki, namizədlərin seçki kampaniyası başa çatıb.

Qırğızıstanın 2021-ci il aprelin 11-də referendumda qəbul edilmiş Konstitusiyasına əsasən, Joqorku Keneşin yeni tərkibi 90 deputatdan ibarət olacaq və qarışıq seçki sistemi ilə 5 il müddətinə seçiləcək.

Seçki Komissiyası 21 partiyanın namizədlərini, həmçinin 287 müstəqil namizədi qeydə alıb.

Ümumilikdə 2 494 seçki məntəqəsi açılıb ki, onlardan 59-u xaricdə, 2 435-i isə ölkə daxilindədir.

Parlament seçkilərini 730 xarici müşahidəçi izləyəcək.

Seçki məntəqələri yerli vaxtla saat 08.00-da açılacaq. Səsvermə yerli vaxtla saat 20.00-da başa çatacaq.

Qeyd edək ki, Qırğızıstanda 3 milyon 703 min 420 vətəndaşın səsvermə hüququ var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*