Qırğızıstanın eks-prezidenti ölkəsinə qayıtdıbackend

Qırğızıstanın eks-prezidenti ölkəsinə qayıtdı

Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayev ailə biznesi ilə bağlı ölkəsinə qayıdıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə sabiq prezidentə yaxın mənbə məlumat verib.

“Əsgər Akayeviç (Akayev) həyat yoldaşı ilə birlikdə Qırğızıstana gəlib”, – məlumatda deyilir.

Onun sözlərinə görə, Akayev Qırğızıstana ailə məsələlərinə görə gəlib və respublikada bir neçə gün qalmaq niyyətindədir.

Qeyd edək ki, Qırğızıstanın ilk prezidenti Əsgər Akayev 1990-2005-ci illərdə ölkəni idarə edib. O, 2005-ci ilin martında kütləvi etirazlar nəticəsində devrilib və Moskvaya köçüb.

Akademik Akayev 18 ilə yaxındır ki, Moskva Dövlət Universitetində dərs deyir və elmi fəaliyyətlə məşğuldur.

Ötən il Qırğızıstanda ilk prezidentlə bağlı bütün şübhələr aradan qaldırılıb, bundan sonra o, öz vətəninə sərbəst daxil olmaq imkanı əldə edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*