“Qırıcımız ABŞ-nin dronu ilə təmasda olmayıb” – Rusiya MNbackend

“Qırıcımız ABŞ-nin dronu ilə təmasda olmayıb” - Rusiya MN

Səhər saatlarında ABŞ-nin “MQ-9” dronunun Rusiyanın dövlət sərhədi istiqamətində uçuşu qeydə alınıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb.

Həmin uçuşun Rusiya Aerokosmik Qüvvələrinin (AQ) nəzarət vasitələri trərəfindən qeydə alındığı bildirilib.

“Hava hücumundan müdafiə qüvvələrinin növbətçi qırıcıları Qara dəniz üzərində hava məkanını müəyyən etməsi üçün səmaya qaldırılıb”, – deyə Rusiya MN vurğulayıb.

Bildirilib ki, Rusiya qırıcıları göyərtə silahlarından istifadə etməyib və Amerika dronu ilə təmasda olmayıb:

“Kəskin manevr nəticəsində amerika PUA-sı hündürlüyü itirərək nəzarətsiz uçuşa çıxıb və su səthinə çırpılıb”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*