“Qiyamətin vaxtı yalnız Allahın yanındadır” – İlahiyyatçı dünyanın sonu ilə bağlı səslənən proqnoza Quran ayəsi ilə CAVAB VERDİbackend

“Qiyamətin vaxtı yalnız Allahın yanındadır” - İlahiyyatçı dünyanın sonu ilə bağlı səslənən proqnoza Quran ayəsi ilə CAVAB VERDİ

Cənubi Afrika Respublikasından olan vaiz Coşua Mxlakela dünyanın sonunun gələcəyi konkret tarixi açıqlayıb. Belə proqnozlar hər dəfə ictimaiyyətin diqqətini çəkir. Lakin ilahiyyatçılar bu yanaşmaya ehtiyatla yanaşırlar. Maraqlıdır, niyə bəzi vaizlər konkret tarixlər açıqlayır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, insanlıq tarixində dünyanın sonu ilə bağlı müxtəlif mülahizələr irəli sürülüb. Bu fikirləri dilə gətirən şəxslər çox vaxt özünü sözügedən məsələdə bilgili və ya lider kimi göstərmək istəyirlər.

İlahiyyatçı Ağa Hacıbəyli “Din və cəmiyyət”in qonağıdır - 18.03.2022

“Quranın Araf surəsinin 187-ci ayəsində göstərilir: “Qiyamətin vaxtı yalnız Allahın yanındadır”. Yəni müqəddəs mətnlər bu barədə dəqiq tarix vermir.

İlahiyyatçının sözlərinə görə, müqəddəs mətnlərin əsas məqsədi insanları həmin günə hazırlamaq, onları ədalətə, sevgiyə və qarşılıqlı anlaşmaya yönəltməkdir. Onlar konkret tarix və ya proqnoz verə bilməzlər.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*