Qız yataqxanasında biabırçılıq – Vali işə qarışdı, qovuldularbackend

Qız yataqxanasında biabırçılıq - Vali işə qarışdı, qovuldular

Türkiyənin Sakarya şəhərində tələbə qızların yataqxanada çəkdikləri görüntülər ölkə gündəminə çevrilib. Sosial şəbəkələrdə yayılmış görüntülərdə tələbələrin yataqxananın ibadət otağında etik olmayan hərəkətlər edildiyi iddia olunur. Məsələ ilə bağlı rəsmi açıqlama verən Sakarya Valiliyi hadisədə iştirak edən iki tələbənin saxlanıldığını bildirib.

KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, “Twitter” platformasında “betty” ləqəbli istifadəçinin paylaşdığı görüntülərdə iki gənc qızın tələbə yurdunun məscidində qeyri-etik məzmunda video izlədiyi əks olunub. Paylaşımda “Bir dənə kolamız çatışmır” ifadələri yazılıb.

Görüntülərin sosial mediada yayılmasından sonra cəmiyyətdə narazılıq yaranıb. Sakarya Valiliyi hadisəyə dərhal müdaxilə edərək həmin şəxslərin kimliyini müəyyənləşdirib və hüquq-mühafizə orqanları tərəfindən onların saxlanıldığını açıqlayıb.

Rəsmi açıqlamada bildirilir: “Twitter (X) platformasında ‘betty’ adlı istifadəçi tərəfindən məscid olduğu ehtimal edilən bir məkanda qeyri-etik görüntülərin paylaşılması müəyyən edilib. Araşdırmalar nəticəsində həmin paylaşımların Sakarya şəhərində yerləşən tələbə yataqxanasında qalan iki qız tələbə tərəfindən yayımlandığı məlum olub. Şəxslər saxlanılıb və onlar barəsində hüquqi prosedur başlanılıb.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*