“Şuşanın və ordunun itirilməsindən sonra Qarabağ (Artsax) da mövcud olmayacaq. Əslində, sülhməramlıların mandatının beş illik müddəti yalnız onun üçün lazımdır ki, bütün erməni əhalisi oranı “özü tərk etsin”.
KONKRET.az xəbər verir ki, bu sözləri Kremlə yaxın politoloq Qleb Kuzneçov özünün Facebook səhisəində yazıb.
O hesab edir ki, “Azərbaycan 25 il əvvəlki müharibə nəticəsində itirdiyi bütün əraziləri geri qaytarmaqla yanaşı, həm də qədim və rəmzi baxımdan çox əhəmiyyətli Şuşa şəhəri üzərində də nəzarəti əldə edib. Əslində Şuşaya nəzarət edən tərəf hər an Qarabağın paytaxtını da öz nəzarəti altına ala bilər”
Ermənistanın İranla cənub sərhədi boyunca tranzit quru dəhliz ölkənin əsas ərazisini eksklavı ilə – Naxçıvan Muxtar Respublikası (NMR) ilə birləşdirəcək. Naxçıvan da öz növbəsində Türkiyə ilə həmsərhəddir.
Natiq Səlim,
KONKRET.az