Qolu amputasiya edilən azyaşlının son durumu – ATASI DANIŞDIbackend

Qolu amputasiya edilən azyaşlının son durumu - ATASI DANIŞDI

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Sumqayıt şəhərində 13 yaşlı Aslan Əliyevi elektrik cərəyanının vurması nəticəsində qolunun biri amputasiya olunmuşdu.

Yeniyetmənin vəziyyəti ağır olaraq qiymətləndirilirdi.

KONKRET.az məktəblinin sağlıq durumu ilə maraqlanıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Aslanın bütün xərcləri qarşılanıb: “Amma onun səhhəti haqqında məlumatı yalnız valideynləri verə bilər”.

Xəstənin atası Zaur Əliyev isə bildirib ki, oğlunun müalicəsi davam edir: “Səhhəti normaldır. Yəni nə yaxşı deyil, nə də pis. Amma xəstəxanaya ilk gəldiyi günə nisbətən artıq irəliləyiş var.

Aslan qolunun amputasiya edilməsini hərdən soruşur. Amma onu çox incitmir deyə, narahat olduğunu demir. Bundan sonra nə olacağını isə bilmirik”.

Zaur Əliyev müalicə prosesinə mane olmamaq üçün oğlunu tez-tez görə bilmədiklərini əlavə edib: “Mütəmadi olaraq gedib narahat etmək istəmirik. Bütün xərcləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi öz üzərinə götürüb. Ödədiyimiz digər xərcləri isə geri qaytaracaqlar. Amma bu, əsas deyil. Bizim üçün önəmli olan pul yox, övladımızın sağalıb xəstəxanadan evə qayıtmasıdır”.

Mərahim Nəsib,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*