backend

Qondarma ölkənin qondarma naziri: Gələn il Ermənistanla rouminq ləğv olunacaq

KONKRET.az xəbər verir ki, “Qarabağ”ın Xarici İşlər naziri Masis Mayilyanın açıqladığına görə, 2020-ci ildə “ölkənin” telekommunikasiya bazarında inhisarçılıq aradan qaldırılacaq və ikinci operator meydana girəcək.

“2020-ci ildə telekommunikasiya sektorunda fəaliyyət göstərən inhisar aradan qaldırılacaq və ikinci bir operatorumuz olacaq. Son aylarda keçirilən görüşlər və danışıqlar əminliklə deməyə imkan verir ki, 2020-ci ildə Qarabağa ikinci operator gələcək. Bu proqram üçün investorlar və təcrübəli mütəxəssislər var. Telekommunikasiya sektorundakı inhisar problemini həll etmək üçün hər cür imkan yaradılıb”, – deyə nazir Facebook səhifəsində yazıb.

Mayilyan qeyd edbi ki, bu məsələyə sadiq  olacaq və 2020-ci ildə telekommunikasiya sektorundakı inhisarı aradan qaldırmaq və ikinci operatorun bazarına gəlişini təmin etmək üçün siyasi iradəyə malikdir.

Onun sözlərinə görə, bu, ilk növbədə aşağı qiymətə yüksək keyfiyyətli mobil rabitə təmin edəcək: “Rəqabət hazırkı operatoru abunəçiləri üçün tarifləri aşağı salmağa məcbur edəcək. Bundan əlavə, müasir 4G/LTE formatında keyfiyyətli və əlverişli mobil internet ölkədə istifadəyə veriləcək. İlk növbədə gənc mütəxəssislər üçün yeni iş yerləri açılacaq”.

Və nəhayət, xarici işlər nazirinin qeyd etdiyi kimi, sərhəd zonasında etibarlı bir əlaqə yaranacaq və Ermənistanla “Qarabağ” arasında rouminq faktiki olaraq aradan qaldırılacaq.

Xatırladaq ki, hazırda ölkənin yeganə mobil operatoru “Karabakh Telecom” ASC 2002-ci ilin fevral ayından etibarən telekommunikasiya bazarında fəaliyyət göstərir və ölkə ərazisinin 95% -ni mobil rabitə ilə təmin edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*