“Torpaq sürüşməsinin baş verdiyi Raça dağlıq bölgəsində yerləşən Şovi kurort şəhəri artıq mövcud deyil”.
KONKRET.az xəbər verir ki, bunu hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.
Qeyd edək ki, avqustun 3-də Şovidə irimiqyaslı sürüşmə baş verib. 18 nəfər həlak olub, daha 16 nəfər itkin düşüb. Körpülərə, yollara, turist koteclərinə və “Sunset Shovi” hotelinə ziyan dəyib.