Qonşunun damını düzəldərkən “tok” vurub öldürdübackend

Qonşunun damını düzəldərkən “tok” vurub öldürdü

Abşeronda 40 yaşlı kişini elektrik cərəyanı vurub.

Rayon prokurorluğundan KONKRET.az-a verilən məlumata görə, yanvarın 19-u Ceyranbatan qəsəbə sakini 1982-ci il təvəllüdlü Elməddin Məmmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, Elməddin Məmmədov qonşusuna məxsus fərdi yaşayış evinin dam örtüyünün kəsişmələrinə maye yapışqan vuran zaman dam örtüyünün 1 metr hündürlüyündən keçən elektrik naqilinə toxunması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*