Qorbaçov: “SSRİ-ni qaytarmaq artıq mümkün deyil”backend

Qorbaçov: "SSRİ-ni qaytarmaq artıq mümkün deyil"

Bu gün 90 yaşı tamam olan SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov hesab edir ki, artıq keçmiş Sovet respublikaları arasında həqiqi bir birlik ola bilməz.

KONKRET.az xəbər verir ki, “Komsomolskaya Pravda”ya verdiyi müsahibədə keçmiş sovet lideri deyib ki, “Rusiya, Ukrayna, Qazaxıstan və Belarus üçün vahid iqtisadi məkan yaratmaq fikri var idi. Və bu çox əmin bir yoldur. Bu dörd ölkə nədir? Sovet İttifaqının yüzdə 80i! Ancaq geriyə dönüş yoxdur”.

İqtisadi birliyin niyə heç vaxt baş verməyəcəyi barədə suala cavab olaraq Qorbaçov bu dövlətlərin liderlərinin ambisiyalarını və şıltaqlıqlarını önə çəkib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*