Qorxmaz Hüseynovun arxasında kim durur? – ŞOK İDDİALARbackend

Qorxmaz Hüseynovun arxasında kim durur? - ŞOK İDDİALAR

Bu ilin mayında “Azərsu” ASC-nin sabiq sədri Qorxmaz Hüseynov vəzifəsindən uzaqlaşdırıldı. 2011-ci ildən bu vəzifədə çalışan Qorxmaz Hüseynovun “Azərsu”-nun fəaliyyətində yol verdiyi nöqsanlar və adının ciddi maliyyə maxinasiyalarında hallanmasına görə vəzifədən kənarlaşdırıldığı qeyd olunurdu. Onun vəzifədən azad edilməsindən sonra isə “AzərSu” ASC-də ciddi yoxlamalara başlanıldı və çoxsaylı korrupsiya əməlləri ortaya çıxarılıb.

KONKRET.az-a adının açıqlanmasını istəməyən mənbənin veridiyi məlumata görə, yoxlamalar nəticəsində məlum olub ki, Qorxmaz Hüseynovun rəhbərliyi dövründə “Azərsu” ASC dövlət büdcəsindən ayrılan milyonlarla vəsait təyinatı üzrə xərclənməyib və şirkətdə ciddi maliyyə maxinasiyaları baş verib.

İlkin məlumatlara əsasən hələ  2015-ci ildə “Azərsu” ASC-yə Xırdalan şəhərində su və kanalizasiya xətlərini yeniləmək məqsədi ilə 100 milyon manatdan çox vəsat ayrılıb. Layihə çərçivəsində 90 km-lik su və kanalizasiya xətlərinin yenilənməsi üçün hər km-ə 1 milyon manat vəsait xərcləndiyi qeyd olunub. Əslində isə təmir bərpa prosesi çox ucuz və keyfiyyətsiz şəkidə həyata keçirilib və milyonlarla dövlət vəsaitinin silinməsi həyata keçirilib. Təmirdən cəmi bir il sonra isə yenilənmənin aparıldığı yolalrda çökmə baş verib.

“Azərsu”nun digər bahalı layihəsi Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sisteminin qurulması ilə bağlı olub. Belə ki, ümumi dəyəri 52 milyon manat olan layihənin 22 milyon manatı su sisteminin, 30 milyon manata yaxın hissəsi isə kanalizasiya sistemi ilə bağlı işlərin görülməsi üçün nəzərdə tutulub. Lakin bu vəsaitin də hara və necə xərclənməsi barəsində hər hansı məlumat yoxdur.

Şübhəli və qanunsuz tenderlər

Qorxmaz Hüseynovun rəhbərliyi dövründə “AzərSu” ASC- bir sıra şübhəli və qanunsuz tenderlərin keçirilməsi ilə gündəmə gəlib. Mənimsəmə faktları təkcə “AzərSu” ASC-nin layihələri əsasında deyil, həm də Qorxmaz Hüseynovla birbaşa əlaqli podratçı şirkətlər vasitəsilə həyata keçirilib.

Bir müddət əvvəl Qobu qəsəbəsi və ətraf yaşayış məntəqələrinin su təchizatının yenilənməsi, komunal xəttlərin çəkilməsi, içməli su anbarlarının tikilməsi üçün “Azərsu”ASC tender elan edib. Tenderdə fəaliyyət istiqamətləri qaranlıq olan “Vast” MMC qalib olub. Qeyd edək ki, “Vast” MMC “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun kürəkəninə məxsusdur və qayınata – kürəkən birlikdə dövlətə 8 milyon manat ziyan vurub.

“Azərsu” ASC-nin podratçı şirkətlərindən biri “Hidro İnşaat Servis” MMC isə Qormaz Hüseynovun “ailə şirkəti” hesab edilir. Tenderlər oyunlarının əsas oyunçularından biri olan bu şirkətə Hüseynovun yaxın adamı Yavər Miriyev rəhbərlik edir, təsisçisi isə qaynı Namiq Cəbrayılovdur. Belə ki, Qorxmaz Hüseynov “Azərsu” ASC-nin rayonlarda həyata keçirdiyi və dəyərli 100 milyonlarla ölçülən su və kanalizasiya layihələrinin bir neçəsini məhz bu şirkət vasitəsilə reallaşdırıb. “Hidro-İnşaat Servis” şirkətinin qalib olduğu ən kiçik tenderin dəyəri 1 milyon manatdır.

Qorxmaz Hüseynov tender layihələrində yaxın əalqələri olduğu digər məmurları da yaddan çxıarmayıb. Belə ki, “AzərSu”nun keçmiş rəhbəri Yevlaxın su ve kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı elan etdiyi tenderi şübhəli şəkildə Elmar Vəliyevin ailəsinə yaxın olan “Rusel” şirkətinə verib. Tenderə çıxarılan layihənin ümumi dəyəri 30 milyon manata yaxın olsa da, bu qədər vəsaitin hara və necə xərcləndiyi barəsində hər hansı məlumat yoxdur.

Eyniz amanda “Azərsu” ASC ilə Dünya bankı və digər beynəlxalq kredit strukturları tərəfindən ölkədə kollektorların tikilməsi, kanalizasiya sularının təmizlənməsi ilə bağlı 100 milyon dollarlıq layihələrin aqibəti də qeyri-müəyyən olaraq qalır.

Qorxmaz Hüseynovun arxasında kim durur?

Yuxarıda sadlanana maliyyə fırıldaqları və qanunsuz tenderlərdə silinən vəsaiti də nəzərə aldığımızda ortada 100 milyonlarla vəsaitdən söhbət getdiyi aydın olur. Digər tərəfdən 2011-ci ildən etibarən hər ilin dövlət büdcəsindən “Azərsu” ASC-yə 10-20 milyon manat vəsait ayrıldığı da məlumdur. Lakin qəribə şəkildə Vergilər Nazirliyinin yayımladığı dövlətə borcu olan iri şirkətlərin siyahısında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin adı ön sıralarda yer alırdı. Hər il dövlətdən milyonlarla manat vəsait alan bir qurumun vergi borcunun olması isə ciddi şübhələrə əsas verir. Görəsən məlimsənilmiş bu qədər vəsait kimlərə və hara xərclənib?

Məlumatlara görə, 2011-ci ildə Qorxmaz Hüseynovu “AzərSu”-ya rəhbər təyin olunmasında birbaşa SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun ciddi rolu olub. Belə ki, hələ “AzərSu”-ya rəhbər təyin olunana qədər Qorxmaz Hüseynov SOCAR-da Mikayıl İsmayılovun yaxın kadrı kimi çalışıb.

Mikayıl İsmayılovun Qorxmaz Hüseynovun “AzərSu”-ya rəhbər təyin olunmasında əsas məqsədi isə yeni maliyyə istiqamətləri əldə etmək olub. Elə “AzərSu” ASC-də 2011-ci ildən etibarən mənimsənilmiş vəsaitin böyük bir hissəsi də Mikayıl İsmayılova çatırmış.

Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynovun SOCAR-ın Geofizika və Geologiya idarəsinin rəis müavinidir. Faiq Hüseynovu da bu vəzifəyə təyin olunmasında Mikayıl İsmayılovun rolu olub. Məlumatlara görə, bir çox keyf məclislərndə Faiq Hüseynov şəxsən qardaşının və özünün Mikayıl İsmayılovun himayəsində olduğunu, hətta Mikayıl İsmayılovun ona xidmətlərinin müqabilində Şabran rayonu ərazisində yerləşən (Zeyvə və Gilavar kəndləri), villa hədiyyə etdiyini bildirib.

Natiq Səlim,

KONKRET.az

P.S, Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*