Azərbaycan cüdoçusu Kamran Süleymanov Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə gümüş medal qazanıb.
KONKRET.az-ın məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən idmançı finalda İspaniya təmsilçisi David Qarsiya Torneyə uduzub.
Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva digər ispan Ariane Toro Solerə qalib gələrək bürünc medala sahib çıxıb.
60 kq-dakı Nazir Talıov isə bürünc medal uğrunda qarşılaşmada Ukraynadan olan Artem Lesiukə yenilərək beşinci yerlə kifayətlənib.