Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesi dalana dirənməyib.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan Birinci Respublika Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.
“Bu barədə sizə deyəcək konkret bir xəbərim yoxdur, lakin müəyyən işlər görülür. Mən hesab etmirəm ki, proses dalana dirənib. Hazırda hər iki ölkə tərəfindən təsdiqlənmiş və daxili prosedurlardan keçmiş hüquqi baza mövcuddur”, -deyə Qriqoryan qeyd edib.
Baş nazirin müavini həmçinin bildirib ki, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası, eləcə də təhlükəsizlik məsələləri üzrə komissiyaların növbəti iclasının vaxtı hələ müəyyən edilməyib.
Aynurə İsmayıl
KONKRET.az