Qriqoryanın müəmmalı ölümü – Cinayət işi bir ildir ki, uzanırbackend

Qriqoryanın müəmmalı ölümü - Cinayət işi bir ildir ki, uzanır

Prodüser Armen Qriqoryanın məhkəmə zalında ölməsinin səbəbləri hələ də açıqlanmayıb.

KONKRET.az xəbər verir ki, bununla bağlı müəmma yenidən gündəmə gəlib.

“Joqovurd” nəşri məsələni aktuallaşdıraraq qeyd edir ki, prodüserin ölümünün günahkarları tapılmayıb və bu ölümlə bağlı heç kim məsuliyyətə cəlb edilməyib.

Xatırladaq ki, Armen Qriqoryan 2022-ci il iyulun 15-də İrəvanda məhkəmə zalında dünyasını dəyişib. Belə ki, o, Ümumi Yurisdiksiya Məhkəməsində onun işi üzrə ilkin baxış zamanı qəfil huşunu itirib və stuldan yıxılıb. Az sonra Armen Qriqoryanın öldüyü məlum olub.

Ötən ilin mayın 17-dən həbs olunan prodüser müəmmalı şəkildə öldükdən sonra bununla bağlı cinayət işi başlanıb.

Həmin cinayət işində bildirilib ki, tibb işçisi vaxtında peşə borcunu yerinə yetirmədiyindən və ya lazımınca müdaxilə etmədiyindən Qriqoryan həyatını itirib.

Göründüyü kimi, hüquq-mühafizə sistemi prodüserin ölümünü həbsxana və tibb işçilərinin üzərinə yıxmağa çalışır.

Amma nədənsə Armen Qriqoryanın saxlanmasının əsaslı olub-olmaması hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırma predmetinə çevrilməyib.

Qriqoryanın ölümündən bir il keçsə də hələ də cinayət işi yekunlaşmayıb. Ümumiyyətlə, işdə təqsirləndirilən şəxsin kimliyi də açıqlanmayıb. Yalnız işlə bağlı hələlik rəyi daxil olmayan məhkəmə-tibbi komissiyasının ekspertizası təyin edilib. Bu komissiyanın rəyindən sonra prodüserin ölümündə günahkarların olub-olmamasına ibtidai istintaq orqanı qərar verəcək.

Ermənistan səmiyyətində isə hesab edirlər ki, Armen Qriqoryan qəsdən öldürülüb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*