Quba-Xınalıq yolunda uçqun olub – VİDEObackend

Quba-Xınalıq yolunda uçqun olub - VİDEO

Ötən gün axşam saatlarında Quba-Xınalıq yolunda uçqun baş verib.

KONKRET.az-ın APA-ya istinadən məlumatına görə, hadisə yolun 52-ci km-də qeydə alınıb.

Dağdan qopan qaya parçaları yola düşüb və avtomobillərin hərəkətini məhdudlaşdırıb. Ərazidə qalan vətəndaşlar qayaların bir hissəsini kənarlaşdıraraq, yollarına davam ediblər.

Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin sahə rəisi Bilal Sultanovun bildirdiyinə görə, əraziyə cəlb olunan texnikanın köməyilə yol qaya parçalarından tamamilə təmizlənib.

İlkin ehtimala görə, uçquna səbəb son günlər bu əraziyə yağan yağış olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*