Qubad İbadoğlunu indi yadlarına salanlara zəruri xatırlatma – O vaxt harada idiniz?backend

Qubad İbadoğlunu indi yadlarına salanlara zəruri xatırlatma – O vaxt harada idiniz?

2021-ci ildə azərbaycanlı alim Qubad İbadoğlu ABŞ-nin Rutgers Universitetindəki işindən uzaqlaşdırıldı. O zaman Qubad İbadoğlu bunun səbəbini ABŞ prezidenti Co Baydenin “erməni soyqırımı”nı tanımaq cəhdinə etiraz olaraq dövlət başçısının “Facebook” səhifəsinə yazdığı iki kəlməlik etirazla əlaqələndirdi.

Onun sözlərinə görə, bu demarş ABŞ-da yaşayan erməniləri qəzəbləndirmişdi. Elə Rutgers Universitetinin rəhbərliyi də çoxlu sayda erməniəsilli amerikalıların şikayətlərini nəzərə alaraq, 2018-ci ildən başlayaraq bu ali təhsil ocağında çalışan azərbaycanlı alimə qapını göstərməyə məcbur olduqlarını etiraf etmişdi.

O zaman nə ABŞ konqresmenləri və senatorları, nə də Azərbaycan müxalifəti səslərini çıxardılar.

Qubad İbadoğlu vətənə döndü. İkiaylıq işsizlikdən sonra Londonda yeni iş yeri tapdı və elmi fəaliyyətini Dumanlı Albionla bağladı.

İndi isə ABŞ-ın senatorları və professorları Qubad İbadoğlunun azad olunması çağırışı ilə müraciətlər imzalayırlar.

Soruşan yoxdur ki, siz azərbaycanlı professorun ABŞ-də işləmək hüququ kobudcasına tapdananda harada idiniz?!

Xatirə SADİQ,

KONKRET.az

  • Haller
    Aprel 3, 2024 - 15:39

    Bes siz bir jurnalist olaraq, haqsizliqlara goz yumaraq…hardasiniz?!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*