Qubada ərzaq mağazası yandıbackend

Qubada ərzaq mağazası yandı

Qubada köhnə avtovağzal ərazisində ərzaq mağazasında yanğın olub.

KONKRET.az-ın  məlumata görə, axşam saatlarında rayonun mərkəzindəki “Köhnə avtovağzal”ın arxasında bir-birinə bitişik ərzaq məhsulları mağazalarından birində yanğın başlayıb. Nəticədə sahibkar Elçin Əhməd oğlu Orucova məxsus mağazanın 100 m² sahəsində yanar konstruksiyalar yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Quba Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadası cəlb olunub. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb, yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır. (Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*