Qubada qəza oldu – Yaralılar varbackend

Qubada qəza oldu - Yaralılar var

Qubada minik avtomobilinin qoşqulu texnika ilə toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Hacıhüseynli kəndi ərazisində baş verib.

“VAZ 21099” markalı minik avtomobili yolda hərəkətdə olan kustar üsulla hazırlanmış meyvə daşıyan qoşqulu nəqliyyat vasitəsilə toqquşub. Hadisə zamanı qoşqulu texnikada olan iki nəfər xəsarət alıb. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*