Qubada yük avtomobilində yanğın baş verdibackend

Qubada yük avtomobilində yanğın baş verdi

Qubada qoşqulu yük avtomobilinin mühərrikində başlayan yanğın sürücü tərəfindən söndürülüb.

KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Zərdabi qəsəbəsində qeydə alınıb.

Etibar Məmməd oğlu Ağayevin idarə etdiyi “DAF” markalı 90-CY-151 dövlət nömrə nişanlı qoşqulu yük avtomobilinin mühərrikində tüstülənmə başlayıb.

Hadisə barədə sürücü Fövqəladə Hallar Nazirliyinin qaynar xətti olan 101 qısa nömrəsinə zəng edərək məlumat verib.

Yanğına çevrilən tüstülənmənin qarşısını yanğınsöndürənlər çatanadək sürücü avtomobildə olan yanğınsöndürmə vasitələri ilə alıb.

Yanğın zamanı xəsarət alan olmasa da avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*