“Qubadlı döyüşsüz təslim olub” deyənlərə TƏRS SİLLƏ: Canlı şahid heç yerdə olmayan ŞOK FAKTLARI AÇIQLADI – VİDEObackend

"Qubadlı döyüşsüz təslim olub" deyənlərə TƏRS SİLLƏ: Canlı şahid heç yerdə olmayan ŞOK FAKTLARI AÇIQLADI - VİDEO

Bu gün tarixdən və Birinci Qarabağ Müharibəsi zamananı yaşananlardan xəbərsiz olan bəzi şəxslər Qubadlı rayonunun guya döyüşsüz ermənilərə təslim edildiyi haqda iddialar səsləndirirlər. Lakin bu tarixi bilən canlı şahidlər var ki, onlar öz gözləri ilə gördüklərini cəmiyyətə çatdırmaqla həm yanlış fikirlərin yayılmasının qarşısını alırlar, həm də səslənən bütün iddiaları alt-üst edirlər. Ümumiyyətlə, Azərbaycan xalqının nə qədər cəsur və döyüşkən olduğu hər kəsə məlumdur. Bu xalqın bir hissəsi olan Qubadlı camaatı isə Birinci Qarabağ Müharibəsi zamanı düşmənə qan uddurub və göz açmağa imkan verməyib.

Bütün bu faktları Birinci Qarabağ Müharibəsi veteranı, Qubadlı rayon Çərəli kənd sakini Pəhlivan İmanov KONKRET.az saytına video müsahibəsində sübuta yetirib.

Azərbaycanın hələ də bilinməyən, tarixə düşməyən qəhrəmanları çoxdur. Biz ermənilərin torpaqlarımızı işğal etməsi ilə heç vaxt barışmadıq. 31 avqust 1993-cü ildə Qubadlının işğal xəbəri yayılanda bunu qəbul etmədik. Bura strateji ərazi idi. Torpaqlarımızı təhvil vermədik. Oktyabrın 27-si Zəngilanın işğalından 3 gün sonra biz bu torpaqlardan çıxmışıq. Partizan döyüşləri ilə 17 düşməni məhv etdik. Bu, sənədlərdə də var. Sentyabrın 3-ü, 6-sı, 8-i və oktyabrın 11-i baş verən döyüşlərdə düşmən itkiləri qeydə alındı. Biz o torpaqların işğalı ilə barışmadıq. Bu gün yenidən bu torpaqlardayıq. Bu, bizim üçün qürurvericidir. Ali Baş Komandanımıza minnətdarıq. Biz o dövrdə necə ürəklə döyüşdüksə, bu gün də eyni ruhla öz torpaqlarımıza ayaq basırıq. Ömrümüzün sonuna qədər Prezidentimizin arxasındayıq. Torpaq uğrunda hər zaman döyüşməyə, can verməyə hazırıq.

– Bizdə olan məlumata görə, Qubadlının işğal xəbərindən sonra bir neçə nəfərlə yenidən kəndə qayıtmısınız. O zaman nə ilə qarşılaşdınız?

Biz könüllü döyüşçülər idik. Laçının müdafiəsində yaralanmışdıq. Daha sonra bəzi könüllülər ordudan ixtisar olundu. İki ay sonra isə Qubadlı işğal edildi. Biz, yəni o ixtisar olunan könüllülər döyüşü dayandırmadıq. Quliyev Azər baş leytenant idi, torpağını tərk etmədi. Şükür və Mübariz Aliyev ordudan ixtisar olsalar da, mövqelərini qorudular. Biz dörd nəfər təxris olunmuş əsgərlər idik. Amma birlikdə torpaqlarımızı tərk etmədik. Zəngilan işğal olunandan 3 gün sonraya qədər düşmənə müqavimət göstərdik. Nə qədər düşmən bu torpaqlara girdisə, hamısını məhv etdik. Sonradan məlum oldu ki, həmin döyüşlər Zəngilan batalyonlarının adına yazılıb. Müdafiə Nazirliyinə müraciət etdik ki, heç olmasa iştirak edən şəxslərin adları qeyd edilsin. Cavab verdilər ki, ərazi Zəngilanın inzibati idarəsinə daxil olduğuna görə, döyüş əməliyyatları onların adına qeyd olunub. Halbuki o mövqeləri biz qoruyurduq.

– Deyilənə görə, sizin azsaylı dəstənizin qurduğu pusqu nəticəsində o qədər güclü partlayışla baş verib ki, qonşu kəndlərdə yaşayanlar böyük bomba atıldığını düşünüblər. Bu barədə nə deyə bilərsiniz?

-Bəli, belə bir hadisə olub. Düşmən Qubadlı tərəfdən tanklar və BTR-lərlə gəlirdi. Biz onların keçə biləcəyi yolları minaladıq. Asfalt yolun özünü də minaladıq. Yoldaşlar əvvəl etiraz etdilər ki, asfaltın ortasında mina qoymaq mümkün deyil. Dedim ki, bu işi mən həll edəcəyəm. 10 minanı asfaltın ən dar, strateji yerinə bağlayıb yerləşdirdik. Gecə 4 nəfərlə birlikdə 100-150 kolxoz kipini daşıyıb, o ərazini örtdük. Küləşlə örtdüyümüz üçün düşmən heç nə anlamadı. Səhəri gün texnikalar gəldi. BTR maşını küləşin üstündən keçərkən 10 mina eyni anda partladı. Partlayış nəticəsində 5 düşmən hərbçisi məhv edildi. Hətta 4 düşmən əsgərini də əsir götürdük. O partlayış səsi elə güclü olmuşdu ki, qonşu kəndlərdə yaşayanlar böyük bomba düşdüyünü zənn etmişdilər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*