“Qüdrətlə çox isti münasibətlərimiz var” – Həsənquliyevin biznesini idarə edən ortağıbackend

“Qüdrətlə çox isti münasibətlərimiz var” - Həsənquliyevin biznesini idarə edən ortağı

Noyabrın 18-də  “Azərbaycanda müxalifət partiya sədrinin milyonluq mülkləri” sərlövhəli məqalə dərc olunmuşdu. Məqalədə BAXCP sədri, deputat Qüdrət Həsənquliyevə məxsus dəyəri milyonlarla ölçülən hündürmərtəbli binaların, villaların görüntüləri yer alırdı.

Bunun ardınca Qüdrət Həsənquliyevin biznesi, şərikləri və sərhədsiz imkanları haqqında saytın ünvanına çoxsaylı məlumatlar göndərildi. Məlumatların həssaslığını nəzərə alaraq Demokrat.az araşdırmalara başladı. Araşdırmalar nəticəsində məlum oldu ki, BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin ölkənin dörd bir yanını əhatə edən biznes imperiyasının böyük bir hissəsini Oqtay Abuzərov adlı şəxs idarə edir.

 

Qüdrət Həsənquliyevin biznesini kimlər idarə edir: Abuzərovlar ailəsinin dəbdəbəli həyatı… – ŞOK FAKTLAR

 

KONKRET.az xəbər verir ki, demokrat.az yayılan xəbərlərlə bağlı Oqtay Abuzərov ilə əlaqə saxlayıb.

O,  açıqlamasında Qüdrət Həsənquliyevlə olduqca yaxın münasibətlərinin olduğunu təsdiqləyib:

“Bəli, Qüdrətlə çox isti münasibətlərim var. Hazırda korona olduğum üçün bu barədə çox danışa bilmirəm. Çalışacağam ki, gələcəkdə bu barədə sizə ətraflı məlumat verim. Amma, sadəcə onu diqqətinizə çatdıra bilərəm ki, Qüdrət Həsənquliyevin heç bir biznesi yoxdur. Əgər onun biznesi varsa, tapın göstərin mənə, onun müqabilində sizə bir dəyərli hədiyyə verəcəyəm”.

O.Abuzərov oğlu Xalid Abuzərlinin məhz Q.Həsənquliyevin sayəsində Dövlət Gömrük Komitəsində işə düzəldiyi və hazırda orada işləməsiylə bağlı məsələlərə də aydınlıq gətirib:

“Bəli, oğlum hazırda işləyir. Ancaq oğlumun əmri hələ verilməyib, sadəcə onu orada müqavilə ilə götürüblər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*