Qukasyan, Saakyan və Arutyunyan hələ Qarabağdadırlarbackend

Qukasyan, Saakyan və Arutyunyan hələ Qarabağdadırlar

Azərbaycanın Qarabağ bölgəsində özünü buraxdığını elan etmiş xuntanın keçmiş başçıları Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyanın Xankəndi və ya Əsgəranda olduğu bildirilir. Amma onların dəqiq yeri barədə məlumat verilmir.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri bildirib.

Qəzet yazır ki, dünən separatçı generallar Lyova Mnasatkanyan və David Manukyanın həbs xəbəri təsdiqlənəndən sonra Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyan Qarabağdan çıxmağın yollarını arayırlar.

Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*