Quranı yandıran danimarkalı siyasətçinin Britaniyaya girişi QADAĞAN EDİLDİbackend

Quranı yandıran danimarkalı siyasətçinin Britaniyaya girişi QADAĞAN EDİLDİ

Danimarkanın ifrat sağçı “Stram Kurs” partiyasının lideri Rasmus Paludan Böyük Britaniyada Quranı yandırmaq istədiyini bildirdikdən sonra bu ölkəyə girişi qadağan edilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Britaniya Daxili İşlər Nazirliyinin təhlükəsizlik üzrə müavini Tom Tugendhat bildirib.

Məlumata görə, Paludan bir müddət əvvəl sosial şəbəkələrdəki səhifələrində Britaniyanın Qərbi Yorkşir qraflığının Veykfild şəhərindəki meydanda Quranı yandırmaq istədiyini yazıb.

“Paludan nəzarət siyahısına salınıb. Buna görə də, onun Birləşmiş Krallığa girişinə icazə verilməyəcək”, – nazir müavini deyib.

Qeyd edək ki, Rasmus Paludan ifrat sağçı “Stram Kurs” partiyasının lideridir. O, Danimarkada İslama qadağa qoyulmasına və krallıqdan sığınacaq almış insanların deportasiyasına çağırıb.

Xatırladaq ki, danimarkalı siyasətçi yanvarın 21-də İsveç hökumətindən bu təxribat üçün icazə alaraq Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandırıb. Hadisədən sonra İsveçin Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*