Quraqlıq səbəbindən XVI əsrə aid kilsə tam üzə çıxdı – FOTObackend

Quraqlıq səbəbindən XVI əsrə aid kilsə tam üzə çıxdı - FOTO

Meksikada davam edən şiddətli quraqlığa görə göllərdə və su anbarlarında suyun səviyyəsi əhəmiyyətli dərəcədə azalıb.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, suyun azalması nəticəsində XVI əsrə aid katolik kilsəsi tam üzə çıxıb.

1500-cü illərin ortalarında Bartolome de las Kasasın başçılıq etdiyi Dominikan rahibləri tərəfindən tikilən kilsə 1966-cı ildə Qrijalva çayı üzərində qurulan su anbarında yerləşir.

Hazırda su anbarının cəmi 29 faiz tutumu var. Suyun səviyyəsi aşağı düşəndə ​​kilsəsinin xarabalıqları qismən görünürdü və turistlər kilsəni ziyarət etmək üçün qayıqla hərəkət edirdilər. İndi turistlər kilsəyə piyada və ya maşınla gələ bilirlər.

1260189

Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*