Qurban Qurbanov “Kopenhagen”lə matçdan danışdıbackend

Qurban Qurbanov "Kopenhagen"lə matçdan danışdı

Bizim üçün çempionatda hər oyun vacibdir. “Kopenhagen”lə matçı düşünmürdük. Sadəcə ola bilər ki, heyət həmin oyuna görə formalaşıb. Çempionlar Liqası matçında 1-2 dəyişiklik ola bilər. Bunlar tam fərqli oyunlardır.

KONKRET.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ”ni məğlub etdikləri (2-0) oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Rəqiblər fərqlidir. Burada başqa cür hücumlar edirik, orada başqa fikirlər olacaq. “Qəbələ” 5 müdafiəçi ilə oynayır, “Kopenhagen” isə 4 müdafiəçi ilə. Bəzən onlar da “beşli” müdafiə sistemində oynayır. Dünən bu sistemlə oynadılar. Bakıda fərqli sistem ola bilər. Futbolçuların idman formasında bir az balans yox idi. “Araz-Naxçıvan”la matçda rotasiyalar etmişdik. “Kopenhagen”lə oyunda futbolçuların hazırlıq səviyyəsi yaxşı olmalıdır”, – Q.Qurbanov qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*