Qurban Qurbanov: “Qələbəmizi şəhidlərə və ordumuza həsr edirik”backend

Qurban Qurbanov: "Qələbəmizi şəhidlərə və ordumuza həsr edirik"

“Fərqli hissələr oldu. Amma bizim üçün ilk yarıda intizamlı oynamaq vacib idi. İlk dəqiqələrdən ehtiyatlanırdıq. Çünki rəqibin heyətində bacarıqlı futbolçular var. Onları saxlamağa çalışırdıq. Çox maraqlı qələbə oldu. Belə böyük komandanı 3 cavabsız qolla məğlub etmək hamımızı sevindirir. Hər kəsi təbrik edirəm”.

KONKRET.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Fransanın “Nant” klubuna 3:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan sonra “CBC Sport”a açıqlamasında deyib.

50 yaşlı mütəxəssis Filip Ozobiçin əvəzlənməsinin səbəbini açıqlayıb: “Oyunu sürətləndirmək istəyirdik. Ona görə Ramil Şeydayevi meydana buraxdıq”.

O, qələbəni şəhidlərə və Azərbaycan Ordusuna həsr etdiklərini söyləyib: “Bu gün əlavə şəhidlərimiz oldu. Çox üzüldük. Belə bir gündə qalib gəlmək istəyirdik. Ona görə həyəcan var idi. Allah ordumuzu qorusun”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*