“Qurdlar vadisi”nin Əsədlə bağlı səhnəsi gündəm oldubackend

“Qurdlar vadisi”nin Əsədlə bağlı səhnəsi gündəm oldu

Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra Türkiyənin məşhur “Qurdlar vadisi” serialından bir səhnə gündəmə gəlib.

KONKRET.az Globalinfo.az-a istinadla xəbər verir ki, zaman-zaman Türkiyə siyasi fikrinin təqdim edildiyi bu serialdakı Hikmət və Ömər baba obrazlarının arasındakı dialoq hazırda sosial şəbəkələrdə müzakirə mövzusudur.

Sözügedən səhnədə Hikmət İraqın çökdürülməsindən sonra növbənin Suriyada olduğunu deyir və proseslərin arxasında İsrailin yer aldığına işarə edir. Həmçinin Bəşər Əsədin situasiyanı bildiyi və hazır vəziyyətdə gözlədiyi vurğulanır.

Dialoq zamanı İraqla bağlı deyilən “İraq 3-ə bölünsə, İran 5-ə bölünər” fikri müxtəlif askpetlərdən yozulur.

Ətraflı videoda:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*