Qusarda ağır yol qəzası: Ölən və yaralanan varbackend

Qusarda ağır yol qəzası: Ölən və yaralanan var

Qusar rayonunda avtomobil qəzası baş verib.

KONKRET.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Əvəcuq kəndində qeydə alınıb.

Qəza nəticəsində 1 nəfər – 1993-cü il təvəllüdlü Kamil Tofik oğlu Ədilxanov ölüb. Eyni zamanda rayon sakini – 1995-ci il təvəllüdlü Tural Tərlan oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

K.Ədilxanovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*