“Makarov” markalı tapança satmaq istəyən şəxs saxlanıldı – FOTObackend

“Makarov” markalı tapança satmaq istəyən şəxs saxlanıldı - FOTO

Qusar Rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində 1984-cü il təvəllüdü Eldar Əliyev Qusar rayonu Yasab kəndi ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan KONKRET.az-a verilən məlumata görə, onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 5 ədəd patron və daraq aşkar edilərək götürülüb.

Araşdırma zamanı izahati alınan E.Əliyev tapançanı bir müddət əvvəl Bakı şəhərində əldə etdiyini və satmaq məqsədi ilə Qusar rayonuna gətirdiyini bildirib.

Faktla əlaqədar Qusar RPŞ-də təhqiqat araşdırmaları aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*