Quterreş Əfqanıstandakı terroru barbarlıq adlandırdıbackend

Quterreş Əfqanıstandakı terroru barbarlıq adlandırdı

BMT Baş katibi Antonio Quterreş Əfqanıstanın Qunduz əyalətində məsciddə törədilmiş terror aktını barbarlıq hesab edir.

KONKRET.az xarici mediaya isitnadən xəbər verir ki, bunu baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib. BMT rəsmisi Quterreşin bu hücumu qınadığını bildirib:

“BMT Baş katibi bu barbar hücumu pisləyir və ölənlərin ailələrinə başsağlığı verir”.

Xatırladaq ki, Əfqanıstanda məsciddə baş vermiş terror aktı nəticəsində 100-dən çox insan ölüb, xeyli sayda yaralı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*