Radikal müxalifət Bəxtiyar Sadıqovun müdafiəsinə qalxdı – FOTObackend

Radikal müxalifət Bəxtiyar Sadıqovun müdafiəsinə qalxdı - FOTO

Martın 14-ü gecə yarısı redaksiyası xaricdə yerləşən, Əli Kərimlinin əsas tribunası “Azadlıq” qəzeti Bəxtiyar Sadıqovu müdafiə edən tələsik yazı paylaşıb.

“Rəsmi qəzetin baş redaktoru niyə rəsmi şantaj hədəfinə çevrilib?” sərlövhəli yazıda Prezident Administrasiyası, Milli Məclis, Medianın İnkişafı Agentliyi hədəf alınır, Bəxtiyar Sadıqov haqqında yazan jurnalistləri Prezident Aparatından tezis, Medianın İnşikafı Agentliyindən pul almaqda ittiham edilir. İddiaya baxın: “Sanki Azərbaycanda Ramiz Mehdiyevin dövründə işləyən, onun tapşırıqlarını yerinə yetirən ancaq Sadıqov imiş, sanki özləri Mehdiyevin şinelindən çıxmayıblarmış”.

“Azərbaycanın bütün qəzetləri hakimiyyətin əvvəllər bilərəkdən indiki “kreativ”lərinsə bilməyərəkdən səriştəsizcəsinə apardıqları media siyasəti nəticəsində ictimai etimadı itirməklə yanaşı, həm də dilənçi gününə düşüblər. Yəni əsil niyyət başqadır, qara qızın dərdi var”. “Azadlıq” qəzeti iddia edir ki, guya əldə etdikləri məlumata görə “dava iki milyon manatı aşan büdcəyə malik qəzeti ələ keçirməkdir”.

Guya “Azərbaycan” qəzetinin artıq rəsmən bankrot duruma salındığı və Novruz bayramı ərəfəsində işçilərinin maaşını ödəmək imkanı olmadığı iddia olunur. “Azadlıq” qəzeti hətta hakimiyyətin Sadıqovun yerinə namizəd də tapdığını yazıb.

“Azərbaycan” qəzetinin baş redaktoru, uzun illərdir YAP-ın deputat mandatını daşıyan Bəxtiyar Sadıqovun müdafiəsinə radikal müxalifətin qalxması çox mətləblərdən xəbər verir. Çox güman ki, bu, xaricdəki söyüş blogerlərinin ölkənin içindəki əsas informasiya qaynağının sıradan çıxarılması əndişəsindən də irəli gələ bilər.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*