Rafael Qrossi Ermənistana səfər edəcəkbackend

Rafael Qrossi Ermənistana səfər edəcək

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi oktyabrın 4-5-də Ermənistana səfər edəcək.

KONKRET.az xəbər verir ki, səfərin gündəliyi açıqlanmayıb.

Qeyd edək ki, iyun ayında Metsamor atom elektrik stansiyasının (AES) mətbuat xidməti Ermənistan və Rusiyadan olan mütəxəssislərin respublikada yeni atom enerji blokunun layihəsini müzakirə etməyə başladıqlarını xəbər vermişdi.

Məlumata görə, xüsusilə növünə görə cari atom elektrik stansiyası ilə eyni, lakin təxminən üç dəfə güclü VVER enerji blokunun (“su-su” tipli reaktorlar) bir variantı nəzərdən keçirilib (hazırda işləyən enerji bloku əsaslı təmirdən sonra 430-440 MVt gücə çatacaq, yenisi üçün 1000-1300 MVt güc nəzərdə tutulur).//Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*