Ramazan bayramı ərəfəsində otellər yenə od tutub yandı – QİYMƏTLƏRİbackend

Ramazan bayramı ərəfəsində otellər yenə od tutub yandı – QİYMƏTLƏRİ

Pandemiya ilə əlaqədar bir çox ölkələr Ramazan bayramı günləri sərt qapanmaya keçiblər. Türkiyədə də qəbul olunan qərar insanların kütləvi tətilə çıxmalarının qarşısını almaq məqsədi daşıyıb.

Azərbaycandaı isə epidemolojin vəziyyətin stabil olmaması vətəndaşlarımıza Ramazan bayramı tətilində rayonlara üz tutmağa imkan yaradıb.

KONKRET.az xəbər verir ki, otellərin, istirahət mərkəzlərinin boş qalacağı barədə düşüncələrin tam əksi ilə qarşılaşmaq, pandemiya zamanı təəccübləndirici məqamdır.

Belə ki, bölgələrdə olan otellər arasında keçirdiyimiz sorğu nəticəsində məlum oldu ki, demək olar ki, onlarda boş yer qalmayıb.

Bu fikri truzim eksperti Samir Dübəndi də təsdiqləyib. O, bildirib ki,  hazırda otellərin 85% Ramazan bayramı üçün rezerv edilib. Hətta bununla əlaqədar olaraq bəzi otellər satışları artıq dayandırıb da.

Bəs, Ramazan bayramını otellərdə keçirmək neçəyə başa gəlir?

Bununla əlaqədar  Azərbaycanın bir çox  məşhur otelləri ilə əlaqə saxlayıb və qiymətləri ilə maraqlandıq.

Belə ki, əgər siz bayramı Şəki şəhərində yerləşən “Marxal Oteldə” keçirmək istəsəz bu sizə 2 nəfər üçün iki gecəyə 380 – 420 manat arasında başa gələcək. Qeyd edək ki, otaqların qiyməti otağınızdan görünən mənzərəyə görə dəyişir.

Əgər yolunuzu Qubada “Quba Palace Hotel” salsaz iki gün üçün 420 manat xərcə düşməli olacaqsınız.

İstirahətiniz üçün  Şabranda “Qalaaltı Hotel”ə təşrif buyursaz iki gecəyə  2 nəfər üçün 360 – 540 manat arasında ödəniş etməli olacaqsınız.

Maraqlandığımız digər otellərdə – “Qafaz Riverside”, “ Sakit Göl”, “Shamahkı Palace Shardali” kimi yükəsək qiymətləti ilə seçilən  məşhur otellərdə isə artıq yer tapmaq müşkül məsələdir. Qeydiyyat şöbəsində bizə bildirdilər ki, yerləq artıq 1 həftə əvvəl sifariş olunub.

Nə deyək…

Bayramınız mübarək olsun!

Bizim.Media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*