Ramil Şeydayev 147 gündən sonra start heyətində yer aldıbackend

Ramil Şeydayev 147 gündən sonra start heyətində yer aldı

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev uzun fasilədən sonra Premyer Liqada start heyətində yer alıb.

KONKRET.az xəbər verir ki, hücumçu “Sabah”ın “Qəbələ” ilə bugünkü qarşılaşmasına “11-lik”də başlayacaq.

XXI turun bu matçı ilə Ramilin start heyəti həsrəti bitəcək. O, sonuncu dəfə 147 gün öncə ilk dəqiqələrdən meydana çıxıb.

Bu, IX turun noyabrın 8-də “Zirə” ilə görüşündə (0:1) baş verib. Daha sonra heyətdə yerini itirən forvard bəzən sonradan meydana çıxıb, bəzən ikinci komandaya göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*