Ramil Usubovun qaynı vəzifədən azad edildibackend

Ramil Usubovun qaynı vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi polis general-mayoru Nüsrət Şirinov vəzifədən azad edilib.

KONKRET.az qafqazinfoya istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Nüsrət Şirinov xidmətkeçmənin son yaş həddi ilə əlaqdar təqaüdə göndərilib.

Qeyd edək ki, N.Şirinov sabiq nazir Ramil Usubovun qaynıdır. O, 2011-2016-cı illərdə Daxili İşlər Nazirliyi Katibliyinin rəisi olub. 2016-cı ildən isə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsini tuturdu.

  • Tahir
    Fevral 21, 2024 - 13:28

    Lam çaş qalmışam. Sanki, nazirlərin anaları ancaq nazir, generalların anaları general doğurmuş ki, bu vəzifələrdə nəsillikcə yalnız bunlar olur. Hətta kiminlə qohum olursa onun da anası ondan doğur, nədir?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*