Ramin Bayramlının təmsil etdiyi təşkilat fəaliyyətini DAYANDIRDIbackend

Ramin Bayramlının təmsil etdiyi təşkilat fəaliyyətini DAYANDIRDI

Bu ilin sentyabr ayında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsindən istefa verən Ramin Bayramlının sədr müavini olduğu təşkilat fəaliyyətini dayandırıb.

KONKRET.az xəbər verir ki, Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri” İctimai Birliyi fəaliyyətini dayandırıb.

Qeyd edək ki, təşkilatın sədri Arif Əfəndiyev, sədr müavini Ramin Bayramlı, məsul katibi isə tibb üzrə fəlsəfə doktoru Yavər Hacısoydur.

Y.Hacısoy İB-nin fəaliyyətinin dayandırılmasını təsdiqləyib.

Bildirib ki, ölkədə koronavirus dövrü olduğu üçün təmsil etdiyi təşkilat fəaliyyət göstərə bilmədi: “Bu barədə daha ətraflı Arif Əfəndiyevdən öyrənə bilərsiniz”./qaynarinfo/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*