Ramiz Mehdiyev koronavirusa yoluxub?  – AÇIQLAMA – YENİLƏNİBbackend

Ramiz Mehdiyev koronavirusa yoluxub?  - AÇIQLAMA - YENİLƏNİB

Ramiz Mehdiyevin koronavirusa yoluxması ilə bağlı yayılan məlumatlar əsassızdır.

KONKRET.az xəbər verir ki, bunu axar.az-a Azərbaycan Elmlər Akademiyasının mətbuat xidmətinin rəhbəri Leyli Namiqqızı deyib:

“Ramiz müəllimin səhhəti qaydasındadır. İşinin başındadır və vəzifəsini icra edir”.

Qeyd edək ki, bu gün R.Mehdiyevin koronavirusa yoluxduğu və vəziyyətinin ağır olduğu ilə bağlı məlumatlar yayılıb.

***

10:21
AMEA prezidenti Ramiz Mehdiyev koronavirusa yoluxub.

KONKRET.az xəbər verir ki, bu barədə AMEA-dan məlumat daxil olub.

Məlumata görə, Ramiz Mehdiyev 1 həftədir ki, koronavirusa yoluxub və müalicə alır.

Vəziyyətinin ağır olduğu bildirilir.

Məlumatı dəqiqləşdirmək üçün demokrat.az AMEA ilə əlaqə saxlasa da, sorğuya cavab verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*