Ramiz Mehdiyev YAP-ın iclasına çağırılmadı – “Səbəbini bilmirəm”backend

Ramiz Mehdiyev YAP-ın iclasına çağırılmadı - "Səbəbini bilmirəm"

Xəbər verdiyimiz kimi, bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilir.

KONKRET.az xəbər verir ki, iclasın gündəliyinə İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi daxil edilib.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev isə iclasa qatılanlar arasında görünməyib.

Pravda.az bildirir ki, Ramiz Mehdiyev məsələ ilə bağlı “Unikal”a açıqlama verib:

“Məni bu iclasa dəvət etməyiblər. Səbəbini bilmirəm. Düzünü desəm, bu barədə məlumatım yoxdur. Maraqlandığınız üçün çox sağolun”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*