Ramiz Mehdiyevə görə istefa verən direktorun ərizəsi QƏBUL EDİLMƏDİbackend

Ramiz Mehdiyevə görə istefa verən direktorun ərizəsi QƏBUL EDİLMƏDİ

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov akademiyanın prezidenti Ramiz Mehdiyevin Rəyasət Heyətinin iclasında institutla bağlı səsləndirdiyi fikirlərə görə istefa verəcəyini demişdi.

KONKRET.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli bununla bağlı “unikal”a açıqlamasında bildirib ki, Tarix İnstitutunun Baş direktoru Kərim Şükürov səhər saatlarında AMEA-nın Rəyasət Heyətinə gəlib və istefa verməsi ilə bağlı rəsmi ərizə ilə müraciət edib.

İ.Həbibbəyli diqqətə çatdırıb ki, bu dəqiqələrdə K.Şükürovun ərizəsinə baxılıb və onun istefası qəbul olunmayıb: “Onun fəaliyyətini davam etdirməsi məqsədəuyğun sayılıb. Gün ərzində bir neçə dəfə Kərim Şükürova zəng etmişəm, amma onun telefonu bağlıdır. Kərim Şükürovla görüşüb, bu məsələni danışmaq istəyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*