Ramiz Mehdiyevin adını siyahıdan sildilər – FOTObackend

Ramiz Mehdiyevin adını siyahıdan sildilər - FOTO

Azərbaycan Milli Elmlər Akademiyası bundan öncəki prezident Ramiz Mehdiyevin adını qurumun sabiq prezidentləri siyahısına salmayıb.

KONKRET.az Cebhe.info-ya istinadən xəbər verir ki, qurumun saytının “AMEA haqqında” bölməsində  akademiyanın keçmiş rəhbərlərinin adı qeyd edilib. Həmin siyahıda akademik Ramiz Mehdiyevin adı yazılmayıb.

Xatırladaq ki, Ramiz Mehdiyev 23 oktyabr 2019-cu ildən 14 fevral 2022-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasına rəhbərlik edib. Ondan öncə həmin vəzifəni icra edən Akif Əlizadə də daxil olmaqla siyahıda 10 nəfərin adı yer alıb.

Qeyd edək ki, hazırda AMEA-nın prezidenti İsa Həbibbəylidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*