Ramiz Mehdiyevin səlahiyyətlərini kim icra edir? – AMEA-dan AÇIQLAMAbackend

Ramiz Mehdiyevin səlahiyyətlərini kim icra edir? - AMEA-dan AÇIQLAMA

Hazırda akademik Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsində qalır.

KONKRET.az xəbər verir ki, bunu Axar.az-a AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov deyib.

“AMEA-nın nizamnaməsinə əsasən, prezident hansısa səbəbdən vəzifəsini tərk etdikdə onun səlahiyyətlərini birinci vitse-prezident icra edir. Ramiz Mehdiyev hansı gün vəzifəsindən getsə, növbəti seçkiyə qədər onun vəzifə səlahiyyətləri mənə həvalə olunacaq. Amma ola bilər ki, AMEA-nın Rəyasət Heyəti bu vəzifəni başqa şəxsə də həvalə etsin”, – o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*