Xəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Novruzov dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, bizim.media-nın əməkdaşı mərhum sənətkarın evinə yollanıb.
Bildirilib ki, aktyorun ötən gün vəziyyəti ağırlaşıb.
Ailəsi təcili olaraq onu “Bona Dea Hospitalı”na aparıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, R.Novruzov saat 23:00 radələrində dünyasını dəyişib.
Qeyd edək ki, mədə xərçəngindən əziyyət çəkən Ramiz Novruz aylar əvvəl əməliyyat olunmuşdu.