Ramiz Novruzun qızı erməni stilistlə əl-ələ – FOTObackend

Ramiz Novruzun qızı erməni stilistlə əl-ələ - FOTO

Tanınmış azərbaycanlı stilist-vizajist, Xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruz sosial şəbəkədəki paylaşımı ilə diqqət mərkəzinə düşüb.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, o, məşhur stilist Georgi Kot ilə birgə çəkilmiş fotosunu izləyiciləri ilə bölüşüb.

Paylaşımın şərh bölümündə Şəfəq belə yazıb:

“Çox dəyərli müəllimim, mənim üçün müqəddəs insan Georgi Kot”

Lakin bu paylaşım yerli sosial media istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və Şəfəq Novruz müxtəlif tənqidlərə məruz qalıb.

Qeyd edək ki, Georgi Kot Abxaziyada erməni əsilli ailədə dünyaya gəlib. Onun anası Susanna Aqozyan erməni millətindəndir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*