Ramzan Kadırov gözəllik salonlarını bağlamağa çağırdıbackend

Ramzan Kadırov gözəllik salonlarını bağlamağa çağırdı

Çeçenistanın rəhbəri Ramzan Kadırov reklamlarında müsəlman qadınlara uyğun olmayan formada qızların yer aldığı gözəllik salonlarını bağlamağa çağırıb. 

KONKRET.az xəbər verir ki, o, Telegram kanalında çeçen dilində müraciətlə video yayımlayıb.

O qeyd edib ki, salonlarda fotolar sosial şəbəkələrdə nümayiş etdirilir, orada modellər bədənin çılpaq ola bilməz hissələrini göstərir.

“İnsanları korlayan salonlar bağlanmalıdır”, – Kadırov vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*